"Sehrli Novruz" adlı möhtəşəm bayram konserti bu dəfə Quba rayonunda keçirildi.

14 mart 2025-ci il tarixində Quba rayonunda Quba Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Sehrli Novruz" adlı möhtəşəm bayram konserti keçirilmişdir.

Bayram konsertində Quba rayonu üzrə təhsil müəssisələrinin təqdimatında milli adət-ənənələrimiz, milli mətbəximizi özündə əks etdirən sərgilər təşkil olunmuşdur.

Bayram tədbirində Quba, Qusar və Xaçmaz rayon Uşaq-Gənclər İdman Şahmat məktəblərinin yetirmələri maraqlı çıxışlarını nümayiş etdirmişlər.

Konsertin bədii hissəsi Bakı şəhəri 4 nömrəli, Quba və Siyəzən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin hazırladıqları maraqlı çıxışlarla davam etdirilmişdir.

Bayram konsertinin təşkil olunmasında məqsəd Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, habelə milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi şagirdlərə aşılamaqdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ